AZ   |   RU
Daşkəsəndə dolu düşüb, kənd təsərrüfatı sahələrinə zərər dəyib

Daşkəsən və yaxın dağlıq rayonlara dolu düşüb.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, bu haqda Qərb bürosu məlumat verilib.

Saat 16 radələrindən başlayaraq Daşkəsən və yaxın dağlıq rayonlara güclü yağış və dolu yağmağa başlayıb.

Güclü külək və dolu səbəbindən bəzi kəndlərdə meyvə ağaclarına, kənd təsərrüfatı sahələrinə zərər dəyib.

Hazırda, Gəncə şəhərində və ətraf rayonlarda yağıntılı hava şəraiti davam edir.


  • 9-06-2022, 17:33