AZ   |   RU
Bitkoin qiymətində tarixi rekord


Dünyanın ən populyar elektron valyutası - Bitkoin 62.7 min dolları keçərək bütün zamanların ən yüksək qiymət səviyyəsini yeniləyib.

Missiya.Az CoinDesk portalına istinadən xəbər verir ki, Bitkoinin dəyəri 2,51 faiz artaraq 62,791 min dollara yüksəlib.

Bundan əvvəl  bitkoin 60 min dollarlıq rekord müəyyənləşdirmişdi. Ardınca bu kripto valyutanın qiymətində eniş müşahidə olundu. Aprel ayından etibarən isə Bitkoin yenidən bahalaşmağa başladı.

Fazil
Missiya.Az


  • 13-04-2021, 14:40