“Necə deyərlər, 100 dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır - bu Kəlbəcər haqqındadır!”
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna səfiri Vladislav Kanevski “Facebook” səhifəsindəki paylaşımında bildirib.
Onun sözlərinə görə, Kəlbəcər rayonu da infrastruktur “intibahı” dövrünü yaşayır: yeni nəqliyyat xətləri yaradılır, elektrik stansiyaları tikilir, memarlıq abidələri bərpa olunur.
“Regionun iqtisadi gələcəyinə böyük diqqət yetirilir. Azərbaycanın bu hissəsinin faydalı qazıntı yataqlarının, müalicəvi mineral sularının olması, eləcə də füsunkar gözəlliyi investisiya və turizmin inkişafı üçün böyük imkanlar yaradır.
Əminəm ki, Kəlbəcər tezliklə Azərbaycanın vizit kartlarından birinə çevriləcək və onu təkcə Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların nümayəndələri deyil, hər kəs məmnuniyyətlə ziyarət edəcək”, - səfir paylaşımda qeyd edib.