AZ   |   RU
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinlərini qəbul edib

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon sakinlərinin növbəti qrupunu qəbul edib.Görüşdə iştirak edən vətəndaşlar həm fərdi, həm də kollektiv müraciətlər əsasında qəbul edildi. Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasında baş tutan qəbula Rayon İcra Hakimiyyəti başçısı aparatının məhsul şəxsləri və Yasamal Bələdiyyəsinin sədri də qatıldılar.

Missiya.Az
xəbər verir ki, qəbulda iştirak edən Yasamal rayonu sakinləri onları narahat edən problemlər barədə ətraflı söz açdılar. Sakinlər məşğulluq, tikinti zamanı ekoloji normalara əməl olunması, mülkiyyət hüququ və bir sıra sosial məsələlər qaldırdılar. İcra başçısı Elşad Həsənov iki saatdan çox davam edən qəbulda sakinləri diqqətlə dinlədi və onları narahat edən problemlərin həlli üçün müvafiq tapşırıqlar verdi. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vurğuladı ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq  vətəndaş məmnunluğuna nail olmaq üçün maksimum səy göstərəcəklər. Yasamal Rayon İcra Hakimiyyəti başçısının tərtib edilmiş qrafikə uyğun olaraq sakinlərlə görüşləri davam edir.



  • 31-05-2022, 17:38