AZ   |   RU
Fransa XİN Brüsseldəki üçtərəfli görüşə münasibət bildirib
"Fransa mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Brüsseldə baş tutan görüşün nəticələrini alqışlayır".

Missiya.Az
xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

Fransa XİN-in bəyanatında bildirilib ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüş Azərbaycan və Ermənistanın İkitərəfli Sərhəd Komissiyasının iclasının keçirilməsi barədə razılığa gəlməsi ilə nəticələndi.

"Fransa Aİ-nin himayəsi altında Ermənistan və Azərbaycan arasında dialoqu dəstəklədiyini bir daha bəyan edir və Avropa İttifaqı Şurasının sədri və ATƏT-in Minsk qrupunun həmsədri kimi bu dialoqa milli zəmində töhfə verəcək", bəyanatda qeyd olunub.

  • 24-05-2022, 22:20