AZ   |   RU
"İsveç və Finlandiya terrora dəstəyi dayandırmalıdır" - Çavuşoğlu Türkiyənin tələblərini açıqladı

“NATO-ya daxil olmaq istəyən Finlandiya və İsveç Türkiyəyə nümayəndə heyəti göndərmək istədi. Prezidentimiz də “Bizim məqsədimiz hər zaman diplomatiyadır" deyərək, bu təklifi qəbul etdi. Heyət bu gün Ankaraya gələcək, sabah isə görüş olacaq.” 

Missiya.Az 
“Haber7com”a istinadən xəbər verir ki, bu sözləri Fələstində səfər edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu təyyarədə jurnalistlərə açıqlaması zamanı deyib. 

Çavuşoğlu bildirib ki, Finlandiya və İsveçdən tələbləri PYD və YPG qruplaşmalarının necə bir təşkilat olduğu ilə bağlı sənədlər hazırlamaqdır.

 
“Müdafiə ilə bağlı embarqoların aradan qaldırılması məsələsi tələblərimiz arasında olacaq. Konkret addımlar gözləyirik. İstəklərlə irəli gedə bilmərik. İsveç və Finlandiya terrora dəstəyi dayandırmalıdır. Konkret addım üçün yazılı razılaşma istəyirik”. 

Nazir eyni zamanda F-16-larla bağlı məsələdən danışıb. O bildirib ki, NATO ilə F-16 qırıcıları ilə bağlı heç bir danışıq aparılmır. 

İsmayıl Bakuvi
Missiya.Az

  • 24-05-2022, 18:09