AZ   |   RU
Niderlandın Baş naziri Ərdoğana zəng etdi


Niderlandın Baş naziri Mark Rutte Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.

Missiya.Az xəbər verir ki, bu barədə Rutte Tviter səhifəsində yazıb. Onlar Finlandiya və İsveçin NATO-ya üzvlüyü məsələsini müzakirə ediblər.
“İndicə Ərdoğanla Türkiyənin Ukrayna böhranını həll etmək üçün yorulmaz səyləri barədə danışdıq. Biz İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəyini də müzakirə etdik", - o yazıb.

Xatırladaq ki, İsveç və Finlandiya Rusiyanın Ukraynada hərbi əməliyyatlarının başlamasından sonra illərlə bitərəflikdən əl çəkərək NATO-ya üzvlük üçün müraciət ediblər.

  • 20-05-2022, 19:16