Rusiyaya qarşı sanksiyaların aradan qaldırılmasına baxılacağı təqdirdə Ukraynanın Qara dənizə çıxışı nəzərdən keçiriləcək.
Missiya.Az The Guardian-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirliyi bəyanat yayıb.
Bəyanat Birləşmiş Millətlər Təşkilatının ərzaq üzrə rəhbəri Devid Bislinin Vladimir Putinə yalvararaq, Rusiyanın Qara dəniz limanlarını blokadaya alması səbəbindən dünyada milyonlarla insanın öləcəyini deməsindən sonra baş verib.
Bisli bildirib ki, Ukraynaya münasibətinizdən asılı olmayaraq, bütün dünya üçün ürəyiniz varsa, o limanları açmalısınız.
Daşqın Həsənov
Missiya.Az