AZ   |   RU
Dövlət başçısı: "Litva Prezidenti ilə yeni saziş üzrə danışıqların yekunlaşdırılması perspektivlərini müzakirə etdik"
"Bu gün biz cənab Prezident ilə Avropa İttifaqı-Azərbaycan əməkdaşlığını geniş şəkildə müzakirə etdik, hansı ki, çox uğurla inkişaf edir. Həmçinin yeni saziş üzrə danışıqların yekunlaşdırılması perspektivlərini, enerji, nəqliyyat təhlükəsizliyi məsələlərini, ticarət münasibətlərini müzakirə etdik". 

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev litvalı həmkarı ilə mətbuata bəyanatlarla çıxış edərkən deyib.

Dövlət başçısı vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır: "Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, bu il bizim Avropa İttifaqı ilə ticarət dövriyyəsinin həcmi, əlbəttə ki, artmaqdadır. Biz Litvaya Azərbaycan-Avropa İttifaqı yaxınlaşmasını dəstəklədiyinə görə minnətdarıq. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı da bizim kimi əməkdaşlıqda maraqlıdır".

  • 18-05-2022, 21:06