AZ   |   RU
Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə qarşı çıxdı - Ərdoğandan Putinə dəstək

“Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmasını xoş qarşılamayacaq.” 

Missiya.Az
“The Guardian”a istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulda cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib. 

Ərdoğan bildirib ki, biz səhv etmək istəmirik. “Skandinaviya ölkələri terror təşkilatları üçün qonaq evləri kimidir.” 

Qeyd edək ki, NATO-ya daxil olmaq üçün bütün üzv ölkələrdən konsensus tələb olunur.

Xatırladaq ki, Rusiya Finlandiya və İsveçin NATO-ya üzv olmasına qarşıdır. Kreml bəyan edib ki, əgər qeyd edilən ölkələr NATO-ya qəbul olunarsa, ciddi hərbi tədbirlər görəcək.

Daşqın Həsənov 
Missiya.Az 



  • 13-05-2022, 17:34