AZ   |   RU
Türkiyə ordusu ilə terrorçular arasında atışma olub, yaralananlar var

Türkiyənin Qaziantep vilayətində hərbçilərlə PKK/YPG terrorçuları arasında atışma baş verib.

Missiya.Az
report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Belə ki, Suriyanın Ayn-El Ərəb bölgəsindən Karkamış rayonu və Köprübatı Sərhəd Postu istiqamətində minaatanlardan atəş açılıb.

Atışma nəticəsində Türkiyə ordusunun dörd əsgəri və bir mülki vətəndaş yaralanıb.

Ordunun cavab zərbələri ilə altı terrorçu məhv edilib.

  • 12-05-2022, 22:32