Ötən axşam Rusiya ordusunun Ukraynanın Novqorod-Severski şəhərinə havadan endirdiyi zərbələri nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.
Missiya.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Novqorod-Severski şəhər şurasından məlumat verilib.
Şəhər şurası icmasının sədri Lyudmila Tkaçenko bildirib ki, yaralılardan birinin vəziyyəti ağırdır və onu başqa xəstəxanaya köçürmək mümkün deyil.
“Yaralıların bəziləri digər tibb müəssisələrinə göndərilib, yüngül xəsarət alanlar isə şəhər xəstəxanasında müalicə olunur.”
Daşqın Həsənov
Missiya.Az