AZ   |   RU
Ukrayna namizədlik üçün sorğunun ikinci hissəsini Aİ-yə təqdim edib


Ukrayna baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanışina bildirib ki, ölkəsi Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün sorğunun doldurulmuş ikinci hissəsini Aİ-yə təqdim edib.

Missiya.Az
“İnterfaks”-a istinadən xəbər verir ki, qeyd olunub ki, bu sənəddə Ukrayna qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunluğunu qiymətləndirilib. Sorğunun ikinci hissəsinin cavabları təxminən 4 min səhifədir və burada Aİ ilə Assosiasiya Sazişinin həyata keçirilməsi 8 il ərzində Ukrayna qanunvericiliyinin vəziyyəti təsvir olunub.

Stefanişina ayın sonunda müsbət nəticələr gözlənildiyini vurğulayıb.
:

  • 9-05-2022, 23:37