AZ   |   RU
Nazarbayevlə bağlı norma Qazaxıstan Konstitusiyasından çıxarıla bilər
Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevlə bağlı norma ölkə konstitusiyasından çıxarıla bilər. 

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bununla bağlı Konstitusiyaya düzəlişlə bağlı işçi qrupun müvafiq təklifi Konstitusiya Şurasına daxil olub.

Dövlət katibi Yerlan Karin birinci Prezident Nursultan Nazarbayevin ölkə qarşısında xidmətlərinin hər kəsə bəlli olduğunu və bunun ölkə konstitusiyasında ayrıca qeyd olunmasına lüzum olmadığını söyləyib.

  • 4-05-2022, 20:10