Bu ilin yanvar-mart aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə 4,8% artaraq 6301,0 mln. manat olub.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 3636,6 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,1% azalaraq 2664,4 mln. manata bərabər olub.
İstehlak məhsullarının 35,3%-i hüquqi şəxs statuslu müəssisələrdə, 41%-zi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 23,7%-i isə paytaxtın məhsul bazarlarında satılıb.