AZ   |   RU
Türk Ağsaqqalları Birliyinin nümayəndə heyəti Naxçıvanda Heydər Əliyevin abidəsini ziyarət edib - FOTOLAR

Türk Ağsaqqalları Birliyi – TAİB-in Naxçıvan Muxtar Respublikasında səfərdə olan nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər. Nümayəndə heyətinin üzvləri Ulu Öndərin abidəsinin önünə tər güllər qoyublar.

Missiya.Az
xəbər verir ki, TAİB-in tərkibində millət vəkillərinin də olduğu nümayəndə heyəti, daha sonra Heydər Əliyev Muzeyində olublar. Qonaqlara Heydər Əliyev Muzeyinin rəhbərliyi tərəfindən eksponatlarla bağlı ətraflı məlumatlar verilib.  

Qeyd edək ki, 4-6 may tarixlərində TAİB və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş, "Heydər Əliyev və Türk dünyası" mövzusunda elmi-praktik konfrans keçiriləcək.  

Naxçıvan Dövlət Universitetinin akt zalında düzənlənəcək konfransda Türk Ağsaqqalları Birliyi -TAİB-in sədri, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, akademik Sudeyif İmamverdiyevin, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili Hikmət Babaoğlunun, millət vəkili Ramil Həsənin və digərlərinin "Heydər Əliyevin xilaskarlıq missiyası", "Heydər Əliyev siyasi irsinin politoloji aspektləri", "Türk birliyi və Heydər Əliyevin qoyduğu təməllər" və sairə mövzularda məruzələri təqdim olunacaq.

Bundan başqa, TAİB təmsilçilərinin tələbələrlə görüşü, TAİB sədri Sudeyif İmamverdiyevin, millət vəkillləri Hikmət Babaoğlunun, Ramil Həsənin, eləcə də Missiya Media Qrupunun baş redaktoru Nicat Dağların və Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlunun müvafiq fakültələrdə ustad dərsləri də keçiriləcək. Konfransla əlaqədar Naxçıvana səfər etmiş Türk Ağsaqqalları Birliyinin nümayəndə heyəti 11 nəfərdən ibarətdir.





 

 
   

      
Missiya.Az

  • 4-05-2022, 18:37