AZ   |   RU
Ermənistanda siyasi gərginlik pik həddə - Parlamentin binası mühasirəyə alındı - CANLI YAYIM

Ermənistanda siyasi gərginlik pik həddə çatıb. 

Missiya.Az
“hraparak” nəşrinə istinadən xəbər verir ki, etiraz edən kütlə Ermənistan parlamentinin binasını zəbt etməyə çalışır. Hazırda parlament binasının qarşısına polis qüvvələri cəlb edilib. Polislər avtobusların yük yerlərindən dəbilqə və dəyənəkləri çıxararaq hazır vəziyyətdə dayanıblar. 

Nəşr yazır ki, ötən gün parlament binasının darvazaları qaynaqlanıb. Bu gün isə baş nazir Nikol Paşinyanın parlamentdə çıxış edəcəyi anlarda “Müqavimət” hərəkatının iştirakçılarının binaya yaxınlaşmasını qarşısını almaq üçün polis şlaqbaumu qoyulacaq. 

Qeyd edək ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti etirazlarda iştirak edən şəxslərin parlament binasını zəbt etmək niyyətində olduğu barədə məlumat yayıb. 

Xatırladaq ki, bir müddət əvvəl Nikol Paşinyanın Qarabağla bağlı verdiyi bəyanatlar və Azərbaycanla sülh müqaviləsinin imzalanacağına dair yayılan xəbərlər Ermənistandakı revanşist qüvvələr tərəfindən etirazla qarşılanıb. 


Elvin
Missiya.Az


  • 4-05-2022, 17:25