AZ   |   RU
Peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda son sutkada koronavirus əleyhinə 3 928 vaksin vurulub.

Missiya.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 283, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 380, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 962, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 303 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 653 669, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 340 336, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 840 600 üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 232 351, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 240 382 nəfər təşkil edir.


  • 1-05-2022, 17:14