Türkiyə Hərbi Hava Qüvvələri Yunanıstanla fikir ayrılığına görə NATO-nun “Tiger” görüşündə iştirak etməkdən imtina edib.
Missiya.Az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumata yayıb.
Təlim mayın 9-dan 22-dək Yunanıstan Hərbi Hava Qüvvələrinin Araxos bazasında baş tutacaq.
Məlumatda bildirilir ki, bundan əvvəl Yunanıstanın Baş Aviasiya Qərargahı Türkiyə qırıcılarının Yunanıstanın hava məkanını daim pozaraq Yunan adaları üzərində uçuşlar etdiyini əsas gətirərək, Türkiyənin təlimdə iştirak etmək dəvətini ləğv edib.
Qəzet yazır ki, ev sahibi olan tərəf hər bir təlimdən əvvəl texniki müqavilə hazırlayır. Məlum olub ki, Yunanıstan “Türkiyəyə qarşı yanaşması ilə nəzərdən keçirilən sənədə əlavələr edib. Bu, o cümlədən iki ölkə arasında fikir ayrılıqlarına görə də ola bilər”, - deyə BMT məlumat verib.
Nəşr iddia edir ki, Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı bu “qəsdən əlavələrə” qarşı “təcili addımlar atıb” və sənəddə dəyişiklik edilməsini tələb edib.
Lakin Yunanıstan bu tələbləri qəbul etməyib.
Missiya.Az