Missiya.Az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Fransanın ifrat sağçı prezidentliyə namizədi Marin Le Penin məğlubiyyətinin seçkilərdə qələbə olduğunu bildirib və dünyanın ekstremizmdən əziyyət çəkdiyini vurğulayıb.
Qeyd edək ki, 53 yaşlı Le Pen bazar günü keçirilən seçkilərdə Emanuel Makronu prezident kimi əvəz edə bilmədi, lakin görünməmiş 41,5 faiz səs topladı.
Bu barədə fikirlərini bölüşən Türkiyənin dövlət başçısı Ərdoğan - “Fransa seçkilərində ekstremistlərin məğlubiyyəti və ölkədən qovulması, mənim fikrimcə, qələbədir, çünki bizim əziyyət çəkdiyimiz hər şey ekstremizmə görədir”, - deyə Səudiyyə Ərəbistanından qayıdarkən deyib.
Qəzet yazır ki, Ərdoğan xüsusilə debatlar zamanı Makronu "çox ağıllı" seçki strategiyasına görə tərifləyib.
Missiya.Az