AZ   |   RU
Gəncədə avtobus sürücüsü sükan arxasında ölüb

Gəncə şəhərində avtobus sürücüsü sükan arxasında ölüb.

Missiya.Az
apa-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

9 nömrəli xətt üzrə hərəkət edən marşrut avtobusunun sürücüsü, 1958-ci il təvəllüdlü Orucov İlqar özünü narahat hiss etdiyindən avtobusu saxlayıb.

Sonradan onun sükan arxasında öldüyü məlum olub.

İlkin məlumata görə sürücü infarkt (ürək tutmasından) keçirib.

Faktla bağlı araşdırma aparılır.



  • 29-04-2022, 21:18