Tofiq Yaqublunun ittihamlarına Əli Kərimli necə cavab verəcək? – “Dostlar” arasında növbəti qalmaqalın əsası qoyuldu – SƏSYAZISI
Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublunun Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli haqında şok səsyazısı yayılıb.
Yaqublu səs yazısında bildirib ki, Əli Kərimli özü Elçibəy Hakimiyyətinin devrilməsini, Elçibəyə impiçment qərar layihəsini hazırlamış adamdır.
Bundan başqa o, Əli Kərimlinin Müsavat Partiyasının tarixini təftiş etməyə meyillənməsinə də öz narazılığını ifadə edib. Tofiq Yaqublu paralel olaraq Gültəkin Hacıbəylinin Müsavat barədə dediklərinin də yersiz olması barədə fikirlər səsləndirib.
İlk dəfə deyil ki, bu tipli ifşaedici səs yazıları ortaya çıxır. Bundan əvvəl də Əli Kərimli də daxil, radikal müxalifəti təmsil edən bir çoxlarının səs yazıları və qeybət videoları yayılıb.
Tofiq Yaqublunun səs yazısındakı məqamlarla bir daha sübut edir ki, özünü “müxalifət” adlandıran düşərgə yalnız qeybətlə, bir-birinin arxasınca danışmaqla məşğul olurlar.
Son səs yazısı bu düşərgənin aparıcı simalarının arasındakı intriqanı, düşmənçiliyi gün üzünə çıxarır. Bu adamlar hətta bir-biri ilə münasibətdə səmimi deyillər. Qeyri-sağlam mühitin içində olanların “xalq sevgisi” də əlbəttə ki, səmimi ola bilməz.
Şübhəsiz ki, söhbət təkcə Tofiq Yaqublu-Əli Kərimli, Tofiq Yaqublu-Gültəkin Hacıbəyli arasındakı münasibətin gerçək ruhundan getmir. Qeyri-səmimilik Milli Şuranın başbilənlərinin hamısının arasında yaşanır. Bu adamların ən yaxşı bacardıqları iş görüntü yaratmaqdır. Onları yalnız şəxsi mənafeləri bir-birinə “dost” edir.
İndi söz Əli Kərimlinindir. Tofiq Yaqublunun ittihamlarına cavab verməli, Elçibəy hakimiyyətinin devrilməsində iştirakının hansı formada olduğunu açıqlamalıdır. Maraqlıdır, o Tofiq Yaqublunu nədə ittiham edəcək? Onun iddialarını necə cavablandıracaq? Bəlkə də Yaqublunu da XAİN elan edib, nəzarətində olan sosial şəbəkə desantlarına növbəti daş-qalaq proseduruna başlamaq tapşırığı verəcək. Gözləyək...
Tofiq Yaqublunun qalmaqallı səsyazısını təqdim edirik: