AZ   |   RU
Havada toz dumanı nə vaxta qədər davam edəcək?


Peyk görüntülərinə və toz proqnoz modellərinə əsasən, bu gün günorta saatlarından başlayaraq ölkə ərazisinə şərq və cənub-şərq küləkləri vasitəsilə Orta Asiyadan toz kütlələri daxil olub.

Missiya.Az Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın məlumatına istinadən xəbər verir ki, avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, hazırda havada dispers toz hissəciklərinin miqdarı Nizami, Xətai və Səbail rayonlarında normadan 2 dəfəyədək yüksəkdir.

Xidmət rəisinin sözlərinə görə, meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində havada tozun miqdarının normadan çox olacağı gözlənilir.







  • 25-04-2022, 18:31