AZ   |   RU
DTX-də yeni fəaliyyət istiqamətləri yaradılıb


“Tərəfimizdən həyata keçirilmiş zəruri əməliyyat nəticəsində Azərbaycan silahlı qüvvələrinə zəruri dəstək verilib”.

Missiya.Az xəbər verir ki, bunu DTX rəisinin müavini İlqar Musayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində bildirib.

İ.Musayevin sözlərinə görə, dövlət başçısının 1315 saylı müvafiq sərəncamına uyğun olaraq DTX-də yeni fəaliyyət istiqamətləri yaradılıb:

“Bu gün kibertəhlükəsizlik məsələləri dünyanın gündəmində olan bir nömrəli məsələlərdən biridir. Ona görə də hesab edirəm ki, yeni yaradılan Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası ətrafında sıx birləşməliyik”.


  • 22-04-2022, 18:23