AZ   |   RU
“Hollivud” restoranının qarşısında gənc qadını maşın vurdu - Vəziyyəti ağırdır

Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Missiya.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə “Hollivud” restoranının qarşısında qeydə alınıb.

Belə ki, restoranın qarşısında yolu keçmək istəyən gənc qadını maşın vurub. O, açıq kəllə-beyin xəsarəti alıb.

Yaralı Rəsulzadə qəsəbəsindəki Ə.D.Məlikov adına 6 saylı şəhər xəstəxanasına aparılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

  • 21-04-2022, 23:26