Rusiya yeni qitələrarası balistik raketini sınaqdan keçirib.
Missiya.Az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Arxangelsk vilayətindən havaya buraxılan "Sarmat" adlı raket, Kamçatka vilayətindəki hədəfi dəqiqliklə vurub.
Raket sınağı ilə bağlı açıqlama verən Rusiya prezidenti Vladimir Putin bildirib ki, bu silah ölkəsini təhdid etməyə çalışanları bir daha düşündürəcək.
ABŞ-ın Müdafiə Nazirliyi də Rusiyanın raket sınaqlarına reaksiya verib.
Pentaqon rəsmisi Con Kirbi bildirib ki, Rusiyanın raket sınaqları ABŞ və müttəfiqlərinə ciddi təhdiddir.