AZ   |   RU
NATO ölkələri Rusiyaya bəyanat verdi - "Ukraynada müharibəni dayandırın!"
NATO ölkələri və tərəfdaşları Rusiyanın Ukrayna üzərində qələbə qazanmasına imkan verməyəcəkləri barədə qərara gəliblər.

Missiya.Az “uniana.net”-ə istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz qərbli liderlərin iştirakı ilə keçirilən videogörüşdən sonra bildirib. 

Qeyd edək ki, videokonfransda Şolzla yanaşı, ABŞ, Polşa, Fransa, Rumıniya prezidentləri, Böyük Britaniya, Yaponiya və İtaliyanın baş nazirləri, eləcə də digər rəsmi şəxslər, o cümlədən Avropa İttifaqının liderləri iştirak ediblər.

Şolz onu da qeyd edib ki, Avropa İttifaqı və NATO-dakı tərəfdaşları ilə birlikdə Rusiyanın bu müharibədə qalib gəlməsinə yol verməyəcəklərinə dair razılaşmaya gəliblər.

Almaniya kansleri Rusiya prezidenti Vladimir Putinə də müraciət edib: “Ukrayna şəhərlərinin atəşə tutulmasını dayandırın. Əsgərlərinizi geri çəkin və atəşkəs bağlayın. Bu dəhşətli müharibəni dayandırın."

Rusiyanın Ukraynadakı təzyiqi “mənasız müharibə” və beynalxalq hüququn açıq şəkildə pozulmasıdır” - deyə Şolz qeyd edib.
Şolz həmçinin "liderlərin Ukraynaya bir daha bu şəkildə hücuma məruz qalmaması üçün uzunmüddətli təhlükəsizlik həlli yolu tapmaq üçün birlikdə işləmək barədə razılığa gəldiklərini bildirib.

  • 20-04-2022, 21:13