Tərtər rayonunun hərbi prokuroru işdən çıxarılıb.
Missiya.Az APA-ya xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, Tərtər rayon hərbi prokuroru Hümmət Məmmədov tutduğu vəzifədən azad edilərək, Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib.
Baş prokurorun digər əmri ilə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Emin Vəliyev tutduğu vəzifədən azad edilərək, Tərtər rayonunun hərbi prokuroru təyin olunub.