AZ   |   RU
Makron Zelenskinin səfər təklifini qəbul etmədi: "Yaxın günlərdə belə bir səfər planlaşdırılmır"

“Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə Ukraynaya səfər planlaşdırmır”.

Missiya.Az “gazeta.ru”ya istinadən xəbər verir ki, bu  sözləri Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi Klement Bon deyib.  

Onun sözlərinə görə, Makron simvolik səfərlər edə bilməz. 

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski Emmanuel Makronu Kiyevə səfərə dəvət edib.

  • 18-04-2022, 17:52