AZ   |   RU
“Metsamor” AES-in işi dayandırıldı

Ermənistanın Metsamor şəhəri yaxınlığında yerləşən Atom Elektrik Stansiyasının (AES) yeganə işlək enerji blokunun fəaliyyəti profilaktik təmir işləri üçün dayandırılıb.

Missiya.Az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, təmir işləri 73 gün davam edəcək.

AES iki enerji blokundan ibarətdir. Hazırda onun yalnız ikinci enerji bloku çalışır.

Qeyd edək ki, stansiya 1979-cu ildə istismara verilib və 1989-cu ildə dağıdıcı Spitak zəlzələsindən sonra fəaliyyətini dayandırıb.

1995-ci ildə Rusiya mütəxəssislərinin iştirakı ilə AES-in ikinci enerji blokunun sənaye istismarı bərpa edilib.

  • 16-04-2022, 22:56