AZ   |   RU
Hindistanda ildırımvurmadan 12 nəfər həlak olub

Hindistanın Assam ştatında son 2 gün ərzində ildırımvurma 12 nəfərin həyatına son qoyub.

Missiya.Az
APA-ya istinadən xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.

Qeyd olunur ki, ştatda 2 gündür leysan davam edir. Bundan əlavə, qasırğa nəticəsində onlarla ağac aşıb və tikililərə zərər vurub. Elektrik təchizatında ciddi ləngimələr mövcuddur.

  • 16-04-2022, 22:40