Almaniyanın vitse-kansleri Robert Habek ölkə əhalisinə müraciət edərək, enerji və avtomobillərdən az istifadə etməyə çağırıb.
Missiya.Az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Habek əlavə edib ki, vətəndaşlar bunu etməklə, Putini bezdirmiş olacaq.
"Belə etsək, Putin daha az qazanmış olacaq. Bu da onu əsəbləşdirib, bezdirəcək.
Pasxa bayramında qatarlardan və yaxud velosipeddən istifadə edə bilərsiniz, bu həm sizin pul kisəniz, həm də sağlamlığınız üçün faydalıdır".
Qeyd edək ki, bu il Almaniya Rusiyadan neft və qaz ixracını azaltsa da, Berlin neftin dörddə birini qazın isə 40%-ni Moskvadan alır.
İnam HəsənovMissiya.Az