Finlandiya NATO-ya üzv olmaq üçün müraciət edəcək.
Missiya.Az xəbər verir ki, bu fikirləri Finlandiyanın Avropa işləri üzrə naziri Tytti Tuppurainen "Sky News"-a müsahibəsində deyib.
Nazir bildirib ki, buna hələ ki tam qərar verilməyib lakin indiki məqamda bunun çox ehtimal olduğunu deyə bilərəm.
İctimaiyyətin NATO-ya üzvlük məsələsini dəstəklədiyini vurğulayan Tuppurainen bu ideyanın hələ də Parlamentdə müzakirə ediləcəyini qeyd edib.
O, əlavə edib ki, Rusiya səbəbsiz yerə Ukraynaya qarşı müharibə elan etdi. Bu Avropanın təhlükəsizliyi üçün xəbərdarlıqdır. Rusiyq prezidenti Vladimir Putinin bu aqressiyasına cavab verilməlidir.
Məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün verdiyu açıqlamada qeyd edib ki, İsveç və Finlandiyanın NATO-ya qoşulması Şimali Avropada sülh və sabitliyə mənfi təsir göstərəcək.
İnam HəsənovMissiya.Az