Ukraynanın Neptun raketi ilə vurduğu Rusiyaya məxsus kreyserində nüvə başlığının ola biləcəyi ilə bağlı iddia irəli sürülüb.
Missiya.Az xəbər verir ki, bu barədə İngiltərənin nüfuzlu "Daily Mail" qəzeti məlumat yayıb.
Nəşrin iddiasına görə, ekspertlərin bu məsələ ilə bağlı xəbərdarlıq etdiyini və təcili araşdırmaların başlanmasının vacib olduğu vurğulanıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin əmri ilə fevralın 24-də Ukraynaya qarşı başlayan müharibə hələ də bitməyib.
Ötən gün isə Rusiyanın Qara dəniz donanmasına məxsus flaqman gəmisi Ukrayna tərəfindən məhv edilmişdi.
İnam HəsənovMissiya.Az