AZ   |   RU
Dünya böyük fəlakətlə üz-üzədir: "107 ölkədə 1,7 milyard insan təsirlənəcək" - XƏBƏRDARLIQ

Ukraynada baş verən müharibə qlobal nəticələrə səbəb ola bilər.

Missiya.Az “RBC Ukrayna” xəbər verir ki, bu barədə BMT məlumat yayıb. 

BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, dünyada ciddi qida problemləri yarana bilər. 

"Ukraynadakı müharibədən əvvəl dünya koronavirus pandemiyası və iqlim dəyişikliyinin yaratdığı fəsadlara üz-üzə olub. Biz indi inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatlarını məhv etmək təhlükəsi yaradan böyük fırtına ilə üz-üzəyik”. 

BMT-nin hesabatında deyilir ki, Ukrayna və Rusiya dünyada istehlak edilən buğda və arpanın təxminən 30%-nə qədərini istehsal edir. 

“107 ölkədə 1,7 milyarda qədər insan, xüsusilə Afrika, Asiya, Sakit Okean və Latın Amerikası ölkələrində üç böhrandan ən azı birinin təsirinə məruz qalacaq”.

Samir Hüseynov
Missiya.Az


  • 15-04-2022, 18:02