AZ   |   RU
Ermənistan hökuməti Azərbaycanla sərhəddə yaşayan əhaliyə silah paylayacaq?

Ötən gün Ermənistanda parlament iclasında vətəndaşlara silah verilməsi təklifi irəli sürülüb. 

Missiya.Az Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə təklifi  “Ermənistan” müxalifət fraksiyasının parlamentdə olan nümayəndəsi  irəli sürüb. 

O bildirib ki, qanun qəbul olunarsa, sakinlər özünümüdafiə üçün qanuni silahlardan, həmçinin ov və idman silahlarından istifadə edə biləcəklər. 

Qeyd edək ki, parlament müxalifət partiyasının irəli sürdüyü təklifi rədd edib.

Samir Hüseynov
Missiya.Az


  • 15-04-2022, 16:33