AZ   |   RU
Kremldən İsveç və Filandiyanın NATO-ya daxil olmaq istəyinə növbəti sərt reaksiya

“Təbii ki, seçim İsveç və Finlandiya hökumətlərinə məxsusdur, lakin onlar da başa düşməlidirlər ki, belə bir addım bizim ikitərəfli əlaqələrimiz və Avropa təhlükəsizlik arxitekturası üçün nəticələr verəcəkdir”.

Missiya.Az
haberglobal.com-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsveç və Finlandiyanın NATO-ya qoşulmaq isdəyi barədə danışarkən deyib.

Zaxarova bildirib ki, İsveç və Finlandiyanın NATO-ya qoşulması Şimali Avropada sülh və sabitliyə mənfi təsir göstərəcək.

"NATO-nun məqsədi hərbi potensialını və coğrafi ekspansiyanı gücləndirmək, Rusiyanı təhdid etmək üçün başqa cəbhə yaratmaqdır.

Lakin aydın deyil ki, NATO-nun Rusiyanı Baltik regionunda yerləşən qonşularımız Finlandiya və İsveç ilə yeni qarşıdurma cəbhəsinə çevirməyə nə üçün ehtiyac duyur. “Şimali Avropada sülh və sabitlik üçün mənfi nəticələrin olacağı göz qabağındadır”.

Qeyd edək ki, bir neçə gün əvvəl İsveç və Finlandiya NATO-ya daxil olacaqları ilə bağlı açıqlama yayıb.

Hüseyn Babayev
Missiya.Az


  • 15-04-2022, 16:32