AZ   |   RU
“Putin Ukraynanı nüvə silahı ilə vura bilər” - Arestoviç

Ukrayna prezident ofisinin rəhbəri Aleksey Arestoviç Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə etməsi ehtimalını şərh edib.

Missiya.Az
xəbər verir ki, O, bu barədə Mark Feyqinə  müsahibəsində danışıb.

"Düşünürəm ki, Putin onsuz da haradasa bir növ taktiki nüvə silahından istifadə etmək istəyir. Ən azı belə ehtimallar var", - o deyib.
 
Arestoviçin sözlərinə görə, Ukrayna ilə müharibədə məğlubiyyətin real imkanlarını dəyərləndirən Rusiya prezidenti son çarə kimi nüvə silahından istifadə edə bilər. 
 
Arestoviç qeyd edib ki, dünya Vladimir Putinə belə bir addımı bağışlamaz. 

Daşqın Həsənov
Missiya.Az


  • 15-04-2022, 16:17