AZ   |   RU
ABŞ metrosunda atışma - Xəsarət alanlar var
ABŞ-ın Nyu York metrosunda atışma baş verib. 

Missiya.Az
BBC-yə istinadən xəbər verir ki, hadisə zamanı 13 nəfər xəsarət alıb.

Yaralanlardan birinin vəziyyəti ağırdır. 
Məlumata görə, hadisəni polis jileti və qaz maskası geymiş şəxs törədib. Polis həmin şəxsin axtarışlarına başlayıb. 

Atışmadan sonra stansiyada tüstüləmə başlayıb. Metronun fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. 

Elvin
Missiya.Az


  • 12-04-2022, 19:18