Avropa İttifaqı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan telefon danışığına münasibət bildirib.Bu barədə
Missiya.Az Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın “Twitter” hesabındakı dərc etdiyi məlumata istinadən xəbər verir.
Xüsusi nümayəndənin dərc etdiyi bəyanatda qeyd olunur ki, birlik bir neçə gün əvvəl baş tutan Brüssel görüşündən sonra tərəflər arasında yaranan birbaşa təmasları və əlaqəni dəstəkləyir.
Qeyd edək ki, bu gün Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında baş tutan telefon danışığı zamanı gələcək sülh sazişinin hazırlanması üzrə işi müzakirələr aparılıb.