AZ   |   RU
Pakistanın yeni baş naziri Ərdoğan barədə danışdı: "Ölkələrimizi ayrılmaz bağlar bağlayır"


Pakistanın yeni baş naziri Şahbaz Şərif ölkənin yeni hakimiyyətinin  Türkiyəyə münasibəti barədə danışıb. 

Missiya.Az
Türkiyə mediasına istinadən xəbər verir ki, Şərif parlamentdəki ilk çıxışı zamanı Ankara ilə İslamabadı ayrılmaz bağların bağladığını deyib. 

O bildirib ki, Türkiyə daim Pakistanın yanında olub.  

"Türkiyə Kəşmir məsələsində daim Pakistanın və Kəşmir xalqının yanında olub. Türkiyə hər zaman kəşmirlilərin arxasındadır". 

Şərif Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan barədə də danışıb.

Yeni baş nazir Ərdoğanın liderliyini yüksək qiymətləndirdiyini deyib. 

Şahbaz Şərif Türkiyə ilə yanaşı Çin, Avropa Birliyi, Birləşmiş Ərəb Əmirliyi, İran, ABŞ, İngiltərə və Səudiyyə Ərəbistanı ilə daha yaxşı əlaqələr qurmaq istədiklərini dilə gətirib.

Elvin Məmmədov
Missiya.Az


  • 11-04-2022, 21:50