AZ   |   RU
Finlandiya Rusiya neft və qazından imtina etmək qərarına gəlib


Finlandiya Rusiyanın təbii qazı və neftindən tez bir zamanda imtina etməyə hazırdır.

Missiya.Az
Lenta.Ru-ya istinadən xəbər verir ki, bu barədə Baş nazir Sanna Marin YLE telekanalına müsahibəsində bildirib.

“Biz illərdən deyil, həftələrdən və ya aylardan danışırıq. Bu imtina tez bir zamanda baş tutmalıdır”, – deyə o qeyd edib.

Marin əlavə edib ki, bütün Avropa ölkələrinin heç də hamısı, Finlandiyanın etdiyi kimi, Rusiya yanacağından tez zamanda imtina edə bilməz. Bu səbəbdən də Baş nazir hesab edir ki, bu yöndə ümumavropa həll variantlarının axtarılması önəmlidir.

Onun sözlərinə görə, söhbət birgə maliyyələşdirmədən deyil, Almaniyaya, məsələn, alternativ enerji mənbələrinin tapılmasına necə kömək etməkdən gedir. Finlandiya Rusiyanın enerji resurslarından istifadə etməməyə qərar verən növbəti ölkə oldu. Məsələn, Litva Rusiyadan təbii qaz ixracından tamamilə imtina edib.

  • 11-04-2022, 20:38