AZ   |   RU
Mən ucadan deyə bilmərəm ki, Qarabağ Azərbaycanın bir hissəsidir - Alen Simonyan



Ermənistan parlamentinin sədrinin müavini Alen Simonyan “Azatutyun” TV-də Facebook istifadəçilərinin suallarını cavablandırıb.

Missiya.Az
xəbər verir ki, istifadəçilərdən biri Simonyana “Qarabağı Azərbaycanın ərazi bütövlüyünün bir hissəsi hesab edirsinizmi?  Qarabağ Azərbaycanın bir hissəsi olmalıdır, ya yox? sualını verib.
 
“Bu suala ucadan cavab verməyə haqqım yoxdur. Biz danışıqlar aparırıq. Parlament idarəetmə sisteminə malik bir ölkənin Milli Assambleyasının spikerinin mövqeyi danışıqların məzmununa təsir edə bilər”  - deyə Simonyan bildirib.

Qeyd edək ki, Simonyanın bu cavabı Ermənistanda rişxəndlə qarşılanıb.


Samir Hüseynov

Missiya.Az



  • 11-04-2022, 19:18