AZ   |   RU
Yasamal rayonunun Naxçıvani küçəsi əsaslı şəkildə təmir edilir



Paytaxtın Yasamal rayonunun Məhəmməd Naxçıvani küçəsində genişmiqyaslı yenidənqurma və abadlıq işləri aparılıb. Küçənin əsaslı şəkildə təmiri nəticəsində burada yollar asfaltlanıb, piyada səkiləri və bordyurlar bərpa edilib, panduslar yerləşdirilib. 

Missiya.Az xəbər verir ki, bu barədə Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Həmçinin ərazidəki binalar boyanıb, təhlükə yarada biləcək agaclar budanıb və yaşıl zona yaradılıb. Eyni zamanda ərazidə avtomobillər üçün xüsusi parklanma məkanları da istifadəyə verilib.Küçədə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmini üçün nişanlanma xətləri çəkilib, yol nişanları quraşdırılıb və küçə müasir görkəmdə Yasamal sakinlərinin istifadəsinə verilib.

Yasamal rayonun digər küçə və məhəllərində də yaxın zamanlarda təmir, yenidənqurma və abadlıq işlərinin aparılması nəzərdə tutulur.
























  • 11-04-2022, 18:22