AZ   |   RU
Saxlanılan şəxs özünü polis şöbəsində öldürdü


Narkotik dövriyyəsinə görə saxlanılan şəxs saxlama kamerasında intihar edib.

Missiya.Az
bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aprelin 9-da narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 1967-ci il təvəllüdlü İlham Əsgərov şübhəli şəxs qismində tutulub. Yevlax Rayon Polis Şöbəsinin müvəqqəti saxlama kamerasına gətirilən İ.Əsgərov orada intihar edib.

Faktla bağlı araşdırma aparılır.







  • 11-04-2022, 18:19