AZ   |   RU
Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb
Fransada keçirilən prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.

Missiya.Az
Report”a istinadən xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Artıq prezident seçkilərində səslərin 40 faizi hesablanıb.

Belə ki, seçicilərin 28,2 faizi ultra sağçı Milli Birlik partiyasının lideri Marin Le Penə səs verib.
“İrəli, Respublika” Partiyasının namizədi, hazırkı dövlət başçısı Emmanuel Makron isə 26,15 faiz səs toplayıb.

Fransızlar dövlət başçısını beş il müddətinə seçirlər. Namizədlərdən heç biri birinci turda mütləq səs çoxluğu (50% üstəgəl bir səs) əldə etmədikdə, ikinci tur keçiriləcək. İkinci tur aprelin 24-nə planlaşdırılıb.

  • 10-04-2022, 23:40