AZ   |   RU
Makron və Le Pen ikinci turda mübarizə aparacaq
Fransada keçirilən prezident seçkilərində “exit-poll”un nəticələri məlum olub.

Missiya.Az
xəbər verir ki, bu barədə APA Fransa televiziyasına istinadla məlumat yayıb. 

Xəbərdə bildirilir ki, seçicilərin 28,1%-i hazırki prezident Emmanuel Makrona səs verib.

Onun əsas rəqibi Marin Le Pen 23,3% səs toplayıb.

Beləliklə, hər 2 namizəd ikinci turda mübarizə aparmalı olacaqlar.

Digər namizəd, Jan-Lük Melanşona seçicilərin 20,1%-i etimad göstərib.

Qeyd edək ki, Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək.



  • 10-04-2022, 23:44