AZ   |   RU
Pakistan parlamenti aprelin 11-də yeni baş naziri seçəcək
Pakistan parlamenti aprelin 11-də yeni baş naziri seçəcək.

Missiya.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Pakistan parlamentinin Müsəlman Liqası-Nəvaz (PML-N) partiyasından olan vitse-spikeri Ayaz Sadiq bildirib.

Onun sözlərinə görə, vakant baş nazir vəzifəsinə namizədlər gün ərzində lazımi ərizəni parlamentin sədrinə təqdim etməlidirlər.

Qeyd olunur ki, adıçəkilən vəzifəyə ən real namizəd Müsəlman Liqası-Nəvaz partiyasının sədri Şahbaz Şərifdir.




  • 10-04-2022, 22:58