AZ   |   RU
Rusiya hücumun istiqamətini dəyişdi - 13 kilometrlik hərbi karvan bu bölgəyə irəliləyir - FOTO

Ukraynada istədiyi nəticəni əldə edə bilməyən Rusiya ordusu hücumun istiqamətini dəyişib. 

Missiya.Az
Türkiyə mediasına istinadən xəbər verir ki, ordu Ukraynanın Donbas vilayəti istiqamətində hücuma hazırlaşır. 

Xarkov şəhərinin yaxınlığında yerləşən  qəsəbəyə doğru irəliləyən hərbi karvanın uzunluğu 13 kilometrdir. Şəhər istiqamətində irəliləyən hərbi karvanın görüntüləri də yayılıb. 

Məlumata görə, Rusiya rəhbərliyi hücumun istiqamətini dəyişməklə bağlı qərara İstanbulda keçirilən Kiyev-Moskva danışıqlarından sonra gəlib. Artıq bir neçə gündür ki, Rusiya ordusu Kiyev ətrafından geri çəkilib. Bildirilir ki, Rusiya Ukraynanın şərqindəki Donbas vilayətini və Krıma quru yol əldə etmək üçün Qara dəniz sahillərini tam işğal etməyi hədəfləyir. 

Qeyd edək ki, bundan əvvəl Kiyev istiqamətində irəliləyən 64 kilometrlik hərbi karvan Ukrayna ordusu tərəfindən məhv edilmişdi.



Elvin Məmmədov
Missiya.Az


  • 10-04-2022, 21:41