AZ   |   RU
Avstriya kansleri Rusiyaya səfər edəcək
Avstriya kansleri Karl Nehammer Rusiyaya səfər etməyi planlkaşdırır.

Missiya.Az
Report”a istinadən xəbər verir ki, bu barədə Avstriyanın “Kronen Zeitung” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, 11 apreldə baş tutacaq səfər zamanı Kansler Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Rusiya liderinin mətbuat katibi Dmitri Peskov “TASS”a məlumatı təsdiq edib.

Onun sözlərinə görə, bazar ertəsi, aprelin 11-də Moskvada Rusiya prezidenti Vladimir Putin və Avstriya kansleri Karl Nehammer arasında danışıqlar planlaşdırılır.

Avstriya kansleri Karl Nehammer tvitter hesabında Putinlə müzakirə edəcəyi mövzulara toxunub: “Sabah Moskvada Vladimir Putinlə görüşəcəm. Biz hərbi baxımdan neytralıq. Bizə humanitar dəhlizlər, atəşkəs və hərbi cinayətlərin tam araşdırılması lazımdır”.

Xatırladaq ki, Avstriya kansleri Karl Nehammer ötən gün (9 aprel – Red) Kiyevə gedərək Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb.

  • 10-04-2022, 21:26